MDB
Rusiyanın “şüşədəki canı” vuruldu - Putin Bakıya müraciət edəcək?
Rusiyanın son dərəcədə strateji neft emalı zavodları Ukrayna dronlarının hədəfinə çevrilib. Artıq ölkədə yanacaq böhranının yarandığı bildirilir. Moskva Aİ-92 markalı benzinin tədarükü ilə bağlı Qazaxıstanla 50 min tonluq alış üçün danışıqlar aparır. Bu zərbələrin əsas məqsədinin Rusiya daxilində ictimai narazılığı artırmaq və Putin rejiminə qarşı etirazları gücləndirmək olduğu qeyd edilir.
Rusiya benzin tədarükü üçün Azərbaycana da müraciət edə bilərmi?
Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a iqtisadçı Eyyub Kərimli danışıb. O deyib ki, Ukraynanın Rusiyanın yanacaq təchizatı və istehsalı müəssisələrinə raket, pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələr Moskva üçün ciddi problemlər yaradır:
“Bu isə artıq ölkənin bəzi regionlarında yanacaq çatışmazlığına və satışla bağlı məhdudiyyətlərin yaranmasına səbəb olur. Belə vəziyyət daxili sabitliyin pozulmasına və iqtisadi tənəzzülün dərinləşməsinə təsir göstərə bilər. Çünki yanacaq iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən biridir və onun çatışmazlığı iqtisadi fəaliyyətin zəifləməsinə gətirib çıxarır”.
İqtisadçı qeyd edib ki, bu vəziyyət nəqliyyat, logistika və təchizat zəncirlərinə də ciddi mənfi təsir göstərir:
“Eyni zamanda, hərbi sahədə sursatın, texnikanın və digər təminat vasitələrinin çatdırılmasını çətinləşdirərək müharibənin təminat imkanlarını məhdudlaşdıra bilər. Ümumiyyətlə, yanacaq istehsalı və təchizatı hər bir ölkə iqtisadiyyatının əsas dayaqlarından biridir. Bu baxımdan, enerji infrastrukturuna endirilən zərbələrin Rusiya iqtisadiyyatına təsirinin bəzi hallarda Avropa sanksiyalarının yaratdığı təsirdən daha ağır ola biləcəyini söyləmək mümkündür”.
Eyyub Kərimli hesab edir ki, bu vəziyyət Ukraynanın gələcəkdə də Rusiyanın enerji infrastrukturuna yönəlmiş hücumlarını davam etdirməsinə və hətta intensivləşdirməsinə səbəb ola bilər:
“Digər tərəfdən, Avropa İttifaqının Ukraynaya dəstəyini artıracağını bəyan etməsi də bu prosesə təsir göstərən amillərdən biridir. Məlumatlara görə, Rusiya yanacaq təminatını gücləndirmək məqsədilə Qazaxıstan və digər yaxın ölkələrdən tədarük imkanlarını nəzərdən keçirir. Mən düşünmürəm ki, belə bir müraciət Azərbaycana ünvanlansın. Hətta belə bir müraciət olsa belə, Azərbaycanın bunu təmin etməsi məqsədəuyğun görünmür. Çünki bu, gələcəkdə ölkəmizin Avropa tərəfindən mümkün sanksiyalarla üzləşməsi riskini artıra bilər. Hazırkı şəraitdə belə bir riskə getmək nə iqtisadi, nə də siyasi baxımdan məqsədəuyğundur. Nəticə etibarilə, enerji infrastrukturuna endirilən zərbələr Rusiyanın iqtisadiyyatına, logistikasına və hərbi təminat imkanlarına ciddi təsir göstərən amillərdən biri olaraq qalır və müharibənin gedişinə təsir etmək potensialına malikdir”.
-
Ekologiya08:55Gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edildi - Yaxın saatlarda...
-
Ekopublika.az06:16Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək? - Video
-
Qoroskop01:40Günün ulduz falı: hisslərinizi açıq şəkildə ifadə etməkdən çəkinməyin!
-
ABŞ26 İyun 20:32İran atəşkəsi pozdu - Tramp
-
Magazin226 İyun 19:51Kadir İnanır vəfat etdi
-
Region26 İyun 19:138 il əvvəl faciənin yaşandığı zavodda yenidən partlayış oldu - Ölən və xəsarət alanlar var
-
Hadisə26 İyun 18:48Kanalda batan gəncin meyiti tapıldı - Video/Yeniləndi
-
Dünya26 İyun 18:36İran XİN-dən Körfəz ölkələrinə xəbərdarlıq



















.jpg)




.jpg)

.jpg)









