MDB
Rusiyanın mühüm neft obyekti yenə vuruldu
Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın Vladimir vilayətindəki "Transneft-Verxnyaya Volqa" SC-nin "Vtorovo" neft stansiyasına pilotsuz uçuş aparatları (PUA) ilə təkrar zərbə endirildiyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna mediası Təhlükəsizlik Xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, bu, cari ay ərzində obyektə endirilən artıq ikinci zərbədir. Mənbələrin məlumatına əsasən, stansiya "Transneft-Verxnyaya Volqa" SC-nin strukturuna daxildir və açıq neft məhsullarının ixrac limanlarına və daxili istehlakçılara, o cümlədən Moskva istiqamətində nəqlini təmin edən əsas logistika qovşaqlarından biridir.
Həmçinin qeyd edilib ki, onun vasitəsilə dizel yanacağının Moskva dairəvi neft məhsulları boru kəmərinə, oradan isə Moskva ətrafındakı iri neft bazalarına nəqli həyata keçirilir. Eləcə də, stansiya neft məhsullarının Baltik dənizi limanları vasitəsilə ixracını təmin edir.
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO

















.jpg)






.jpg)








