MDB
Benzindən sonra elektrik enerjisi böhranı yarandı - Krımda nə baş verir?
Ukraynanın Rusiyanın nəzarətinə keçmiş Krım bölgəsində elektrik enerjisi ilə bağlı problemlər başlayıb.
Publika.az xəbər verir ki, bu barədə qondarma rejimin "Yanacaq və energetika nazir"i Vladimir Voronkin "Max" messencerində məlumat yayıb. Qeyd edilib ki, elektrik şəbəkəsində bərpa işləri ilə əlaqədar iki saatdan beş saata qədər elektrik kəsintiləri olacaq.
Voronkin yazıb: "Əlavə rabitə xətlərinin çəkilməsi və sabit enerji təchizatı üçün lazım olan avadanlıqların quraşdırılması zərurətini nəzərə alaraq, yaxın günlərdə Krım yaşayış məntəqələrində istehlakçılar üçün elektrik enerjisinin məhdudlaşdırılması mümkündür".
O, həmçinin qeyd edib ki, elektrik enerjisinin bərpasında 500-dən çox insan iştirak edir.
Xatırladaq ki, son günlər Ukrayna ordusunun Rusiya ərazisi və işğalda saxlanılan Krıma aktiv hücumları nəticəsində benzin böhranı yaranıb.
Müəllif: Tural
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO

















.jpg)






.jpg)








