MDB
Bir günə 1300-ə yaxın hərbçi itirdilər
Rusiya ordusunun Ukraynadakı ümumi canlı qüvvə itkilərinin sayı 1 milyon 400 min nəfəri ötüb.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qərargahın son hesabatına görə, təkcə son bir sutka ərzində Rusiya tərəfi daha 1250 hərbçisini itirib. Bununla da genişmiqyaslı hərbi əməliyyatlar başlayandan bəri qarşı tərəfin ümumi canlı qüvvə itkisi təxminən 1 400 970 nəfərə çatıb.
Rəsmi statistikada Rusiyanın hərbi texnika itkiləri də açıqlanıb. Məlumata görə, döyüşlər dövründə qarşı tərəfin 12 063 tankı, 24 844 zirehli döyüş maşını və 44 920 artilleriya sistemi məhv edilib. Son sutkada xüsusilə Ukrayna ordusunun artilleriya zərbələrinin aktivliyi qeydə alınıb və Rusiyaya məxsus daha 63 artilleriya sistemi sıradan çıxarılıb.
Bundan əlavə, cəbhədə pilotsuz uçuş aparatlarının və yerüstü robot texnikasının tətbiqi də intensiv olaraq davam edir. Baş Qərargah hesabat dövründə qarşı tərəfin daha 14 yerüstü robototexnika kompleksini və 1889 operativ-taktiki PUA-sını zərərsizləşdirdiyini bildirib. Müharibənin əvvəlindən bəri sıradan çıxarılan ümumi PUA sayı isə 377 500-ə çatıb.
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO

















.jpg)






.jpg)








