MDB
Rusiya terroruna bundan sonra da cavab verəcəyik! - Zelenski
Ukrayna ordusunun pilotsuz uçuş aparatları Rusiyanın Krasnodar və Yaroslavl regionlarında yerləşən iki mühüm neft emalı zavoduna uğurlu zərbələr endirib.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün Telegram kanalında məlumat verib.
Məlumata görə, əməliyyat zamanı cəbhə xəttindən təxminən 300 kilometr məsafədə yerləşən Krasnodar vilayətindəki “Slavyanski” neft emalı zavodu vurulub. Eyni zamanda, Ukrayna sərhədindən təxminən 700 kilometr uzaqlıqda yerləşən Yaroslavl regionundakı neft emalı zavodu da hədəf alınıb.
Volodimir Zelenski Rusiyanın hərbi potensialını məhdudlaşdırmağa yönəlmiş bu növ xüsusi əməliyyatların mütəmadi davam etdiriləcəyini vurğulayıb:
"Biz Rusiyanın bu müharibəni aparmaq imkanlarını zəiflədən əməliyyatlarımızı davam etdiririk. Bizim hər bir uzaqmənzilli zərbəmiz Rusiya hərbi maşınına xidmət edən resursların azaldılması və sülhə doğru atılan növbəti addımdır. Rusiya terroruna bundan sonra da cavab verəcəyik".
Ukrayna Prezidenti əməliyyatda iştirak edən hərbçilərə göstərdikləri nəticəyə görə təşəkkür edib və Ukraynanı müdafiə edən hər kəsin həm də ölkə konstitusiyasının gücünü təsdiqlədiyini əlavə edib.
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO

















.jpg)






.jpg)








