MDB
Medvedevdən Ermənistana xəbərdarlıq: "Ağır nəticələrə səbəb olacaq!"
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və "Vahid Rusiya" (Yedinaya Rossiya) Partiyasının sədri Dmitri Medvedev Ermənistana xəbərdarlıq xarakterli mesaj ünvanlayıb.
Publika.az TASS-a istinadən xəbər verir ki, o, Rusiyanın Ermənistan rəhbərliyinin əsl niyyətlərini onların davranış və fəaliyyətlərinə əsasən qiymətləndirəcəyini açıqlayıb.
Siyasətçi deyib: "Ölkəmiz Ermənistan hakimiyyətinin əsl niyyətlərini onların faktiki hərəkətlərinə əsasən qiymətləndirəcək".
Medvedevin sözlərinə görə, Rusiya ilə əlaqələrin kəsilməsi adi Ermənistan vətəndaşları üçün "qaçılmaz və ağır nəticələrə" səbəb olacaq.
Xatırladaq ki, iyunun 2-də Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı referendum keçirilməsi ehtimalının olduğunu gizlətməyib. O bildirib ki, səsvermə yalnız İrəvan rəsmi olaraq Brüsseldən namizədliyini nəzərdən keçirməsini xahiş etdikdən və müvafiq status aldıqdan sonra baş tuta bilər.
Müəllif: Tural
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO

















.jpg)






.jpg)








