MDB
Rusiyada 52 dərəcə isti oldu - Çimərliklərdə izdiham yaşanır
Avropa ölkələrinin ardınca Rusiyada da anomal istilər başlayıb.
Publika.az RT-yə istinadən xəbər verir ki, Kalininqradın Svetloqorsk şəhərində ekstremal isti hava şəraiti müşahidə olunub. Temperatur 50°C-dən yuxarı qalxıb.
Nəşrin məlumatına görə, gündüz günəşin qızdırdığı açıq sahələrdə temperatur 52°C-ni göstərib.
Yerli sakinlər istidən su hövzələrinin kənarına qaçaraq sərinləməyə çalışıb, şəhərin çimərliklərində izdiham yaradıblar.
Qeyd edək ki, Kalininqrad coğrafi cəhətdən Rusiyanın əsas ərazisindən tamamilə ayrı düşmüş bir anklav ərazidir və Baltik dənizinin sahilində, Polşa ilə Litvanın əhatəsində yerləşir. Svetloqorsk isə həmin vilayətin ən məşhur kurort və turizm şəhərlərindən biridir.
Xatırladaq ki, bir neçə gündür ki, Avropada ekstremal isti hava şəraiti hökm sürür. Ümumdünya Səhiyyə Təşkilatı hətta avropalıların həyatı və sağlamlığının təhlükə altında olduğunu bəyan etmişdi.
Müəllif: Tural
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi

















.jpg)






.jpg)








