MDB
Zelenski Leninin keçmiş abidəsinin yerində məşhur hetmana heykəl ucaldır
Ukrayna Prezidenti Volodimir Zelenski maraqlı açıqlamalar verib.
Publika.az "Insider.ua"ya istinadən xəbər verir ki, o, Leninin Kiyevdə sökülən abidəsinin yerində hetman (Polşa, Litva və Ukraynada istifadə olunmuş yüksək rütbəli hərbi və siyasi titul-red.) İvan Mazepaya abidə qoyulmasını məsləhət bilib.
Ukrayna lideri bildirib ki, "bu şəxsiyyətin miqyasına baxanda onun ölkəmizin paytaxtında abidəsinin ucaldılmasına layiq olduğunu demək olar".
Zelenski belə hesab edir ki, abidə üçün ideal yer Şevçenko bulvarıdır. Hansı ki, Leninin abidəsi söküldükdən sonra, yəni 2013-cü ilin dekabr ayından bəri orada boş bir postament qalıb.
Qeyd edək ki, İvan Mazepa (1639–1709) Ukrayna tarixində ən çox tanınan, ən çox müzakirə edilən qəhrəmanlardan biridir. Məşhur Ukrayna Kazak hetmanı olan Mazepa 1709-cu ildə Poltava döyüşündə Rusiya ordusuna qarşı İsveç tərəfində vuruşub. Bu döyüşdə XII Karl və Mazepanın qüvvələri I Pyotra məğlub olduqdan sonra Mazepa Osmanlı torpaqlarına (indiki Moldova ərazisindəki Bender şəhərinə-red.) sığınmalı olub və elə həmin il orada vəfat edib..
Müəllif: Tural
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi

















.jpg)






.jpg)








