MDB
Qazaxıstan ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi
Qazaxıstanda iyunun 29-dan iyulun 2-dək qoşunların ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi üzrə kompleks taktiki-cərgə məşğələləri keçiriləcək.
Publika.az xəbər verir ki, qarşıdan gələn manevrlər barədə respublikanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda vurğulanıb ki, bütün qoşun tədbirləri təlim xarakteri daşıyır və əvvəlcədən təsdiq edilmiş plana uyğun olaraq keçirilir.
Nazirlik xəbərdarlıq edib ki, təlimlər əsasən hərbi hissələrin ərazisində və təlim poliqonlarında keçiriləcəyi üçün genişmiqyaslı texnika yerdəyişməsi olacaq.
Qurumdan izah edilib ki, silahlı qüvvələrin ayrı-ayrı bölmələri poliqonlara və təlim mərkəzlərinə yürüşlər edəcək, buna görə də avtomobil yollarının müəyyən hissələrində mülki nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər qoyulması mümkündür.
Qazaxıstan Müdafiə Nazirliyi respublika vətəndaşlarını, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini qarşıdan gələn təlimlər barədə yalnız rəsmi məlumatlara istinad etməyə çağırıb.
Hüseyn İbadlı
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi

















.jpg)






.jpg)








