MDB
Putin benzin böhranını etiraf etdi: Rusiya artıq ehtiyatlardan istifadə edir
Bazar günü, 28 iyun axşamı Rusiya Prezidenti Vladimir Putin daxili bazar üçün yanacaq təchizatı ilə bağlı müşavirə keçirib.
Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, tədbirdə Baş nazirin birinci müavini Denis Manturov, Baş nazirin müavini Aleksandr Novak, müdafiə naziri Andrey Belousov, sənaye və ticarət naziri Anton Əlixanov, nəqliyyat naziri Andrey Nikitin, iqtisadi inkişaf naziri Maksim Reşetnikov, maliyyə naziri Anton Siluanov, energetika naziri Sergey Tsivilev və Moskva meri Sergey Sobyanin, eləcə də Rusiyanın iri enerji şirkətlərinin nümayəndələri iştirak ediblər.
Dövlət başçısı daxili yanacaq bazarını sabitləşdirmək üçün əlavə tədbirlərin, o cümlədən tədarükü artırmaq və iqtisadi cəhətdən əsaslandırılmış qiymətləri qorumaq təklifini irəli sürüb.
Yay dövründə kənd təsərrüfatı istehsalçılarına yanacaq verilməsinə xüsusi diqqət yetirməli və əməliyyat monitorinqi üçün 24 saat fəaliyyət göstərən qərargah yaradılıb.
Putin yanacaqdoldurma məntəqələrində növbələr və yanacaq almaqda çətinliklər barədə məlumatlara münasibət bildirib. Rusiya liderinin sözlərinə görə, sürücülər və biznes üçün problemlər hələ də qalmaqdadır.
“Təəssüf ki, yanacaqdoldurma məntəqələrində də növbələr var və bu günlərdə həmişə uyğun benzin markasını tapmaq mümkün olmur”, - Putin deyib.
Putin vurğulayıb ki, Ukraynanın Rusiyanın enerji infrastrukturuna zərbələri problemlər yaradır, lakin zədələnmiş obyektlər tez bir zamanda bərpa olunur.
Prezident görüş zamanı aydınlaşdırıb ki, ölkənin benzin ehtiyatları 1,7 milyon tondur. Rusiya bu yanacaq ehtiyatlarından istifadə etməyə başlayıb.
Müəllif: Tural
-
Dünya10:45İlon Mask həqiqətən başqa dünyada yaşayır? - Sensasion iddia
-
Nida Xəbər 10:29Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında iştirak etdilər - FOTO
-
Avropa09:54Avropada dəhşət yaşanır: 1300 ölüm qeydə alındı
-
Maraq dünyası09:42Filankəs "it dili bilir" məsəli elmi təsdiqini tapdı: Sən demə, insanla it arasında...
-
Hadisə09:12Xalq şairinin oğlu vəfat etdi - FOTO
-
Sosial08:48Azərbaycanda hərbi xidmətə yollanan bəzi şəxslərə müavinət veriləcək - Qanun nə deyir?
-
Magazin207:47Di Kaprionun sevgilisinin elə FOTOLARI YAYILDI Kİ... - “Leo bəxtəvərdir”
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı



















.jpg)














