MDB
Azərbaycanda həbsdə olan Rusiya vətəndaşları azadlığa buraxılacaq? - Moskva deyir ki...
Rusiya 2025-ci ildə Azərbaycanda həbs olunmuş 11 rusiyalının tezliklə azadlığa buraxılmasını gözləyir.
Publika.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
Onun sözlərini RTVI sitat gətirib:
“Əlbəttə ki, ötən ilin 30 iyun - 1 iyul tarixləri arasında Bakıda saxlanılan 11 Rusiya vətəndaşının tezliklə azad edilməsi məsələsini qaldıracağıq. Bu məsələ Rusiya və Azərbaycanın müvafiq qurumları tərəfindən müzakirə olunur və ümid edirik ki, vətəndaşlarımız tezliklə azadlığa buraxılacaqlar", - deyə o bildirib.
Diplomat həmçinin qeyd edib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya səfərinin tarixi hələ müəyyən edilməyib. O, əlavə edib ki, bu məsələ üzərində iş gedir.
Rusiya vətəndaşları 2025-ci ilin iyun ayının sonlarında Azərbaycanda saxlanılıblar. Daxili İşlər Nazirliyinin məlumatına görə, həbslər İrandan narkotiklərin tranzitinin, onların yayılmasının və kiberfırıldaqçılığın qarşısının alınması əməliyyatının bir hissəsi olub.
Müəllif: Tural
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi

















.jpg)






.jpg)








