MDB
Rusiya ilə Ukraynanın İstanbul razılaşmasını bu ölkələr pozub – Türkiyə hər şeyi açıqladı
Rusiya ilə Ukrayna arasında 2022-ci ildə aparılan sülh danışıqları Qərb ölkələrinin təhriki ilə pozulub.
Publika.az xəbər verir ki, bunu İstanbulda keçirilən NATO Parlament Zirvə Toplantısının açılışında Türkiyə Parlamentinin sədri Numan Kurtulmuş deyib.
O, tərəflərin əldə edilən razılaşmaları möhkəmləndirməsinin qarşısını xarici müdaxilənin aldığını iddia edib.
"Cəmi bir neçə yüz metr aralıda yerləşən bu binada Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb və onlar demək olar ki, yekun sülh müqaviləsinin layihələrini imzalayıblar. Təəssüf ki, mövcud şərait və sülh istəməyən bir sıra ölkələr səbəbindən müqavilə imzalanmayıb", - Numan Kurtulmuş çıxışı zamanı bildirib.
Türkiyəli siyasətçinin sözlərinə görə, Britaniya rəsmiləri, xüsusən də keçmiş baş nazir Boris Conson, Ukrayna prezidenti Vladimir Zelenskinin sənədləri imzalamaqdan imtina etməsini tələb etməklə sülh prosesinin qarşısını almaqda əsas rol oynayıblar. Ankara Fransa rəsmilərinin də oxşar mövqe tutduğunu vurğulayır.
2022-ci ilin yazındakı hadisələr həmin dövrün diplomatiyasında kritik bir mərhələ sayılır. Moskva və Kiyev nümayəndə heyətləri razılaşmanı yekunlaşdırmaq üzrə olsalar da, proses qəfil dayandırıldı. Numan Kurtulmuş qeyd edib ki, buna baxmayaraq, İstanbul formatı praktiki bəhrəsini verib: məhz orada "taxıl müqaviləsi"nin şərtləri razılaşdırıldı və müntəzəm məhbus mübadiləsi təşkil edilib.
Müəllif: Tural
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi

















.jpg)






.jpg)








