MDB
Rusiyada benzin böhranı: Kreml idxala hazırlaşır - Bu ölkələrdən alacaq
Rusiyada yanacaq bazarında yaranan çatışmazlıq fonunda benzinin xaricdən alınması və yenidən “Avro-2” standartına qayıdılması məsələləri gündəmə gəlib.
Publika.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bu məsələlərə münasibət bildirib.
Peskov “Avro-2” standartına qayıdışla bağlı sualı cavablandırarkən jurnalistlərə baş nazirin müavini Aleksandr Novakın aparatına müraciət etməyi tövsiyə edib.
O bildirib ki, Novakın rəhbərliyi altında fəaliyyət göstərən işçi qrupu yanacaq bazarındakı vəziyyəti hər gün əl rejimində nəzarətdə saxlayır və bazarın sabitləşdirilməsi üçün tədbirlər paketini müzakirə edir.
Benzinin xaricdən idxalı ilə bağlı isə Kremlin sözçüsü mümkün tədarükçü ölkələrin adını açıqlamaqdan imtina edib. Bununla belə, o qeyd edib ki, danışıqlar nəticəsində münasib qiymətlər üzrə razılıq əldə olunarsa, idxal həyata keçiriləcək.
“Bu, bazarın sabitləşdirilməsi və ajiotajın qarşısının alınması üçün əlavə addım olacaq”, - deyə Peskov bildirib.
Məlumata görə, Rusiyaya benzin ixrac edə biləcək ölkələr arasında Belarus, Hindistan, Qazaxıstan və Türkiyənin adı çəkilir.
Qeyd olunur ki, xaricdən alınacaq benzin daxili bazardakı qiymətlərdən baha başa gələcək. Bu səbəbdən hökumət qiymət fərqinin kompensasiyası üçün qanunvericiliyə dəyişikliklər hazırlayıb.
Adəm
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi

















.jpg)






.jpg)








