MDB
Kiyevdə qapalı görüşün detalları sızdı: Zelenski ilə Zalujnı üz-üzə
Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə qapalı görüş keçirib və həmin görüşdə 2026-cı ilin payızında prezident seçkilərinin keçirilməsi ehtimalı müzakirə olunub.
Publika.az xəbər verir ki, bu barədə “Ukrainska Pravda” nəşri mənbələrə istinadən məlumat yayıb.
Görüşə hazırda Böyük Britaniyada səfir vəzifəsində çalışan Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı Valeri Zalujnı də xüsusi olaraq Londondan dəvət edilib. Mənbələrin iddiasına əsasən, ona Böyük Britaniyanın baş naziri Kir Starmer ilə bağlı məsələni müzakirə etmək bəhanəsi göstərilib.
Görüşdə Prezident Ofisinin rəhbəri Kiril Budanov, onun müavini Oleq Tatarov, “Xalqın xidmətçisi” fraksiyasının lideri David Araxamiya, müdafiə naziri Mixail Fedorov və Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov də iştirak edib.
Nəşrin məlumatına görə, Zelenskinin komandası Zalujnını mümkün seçkilərdə iştirak etməməyə razı salmağa çalışıb. Buna əsas kimi cəmiyyətdə parçalanma riski, gərgin seçki kampaniyası və dövlət üçün mümkün təhlükələr göstərilib.
Mənbələrin sözlərinə görə, Zelenski sabiq baş komandana birbaşa “Seçki payızda keçirilsə, namizəd olacaqsınızmı?” sualını verib. Zalujnının isə buna “Bəli, olacağam” cavabını verdiyi bildirilir.
İddialara əsasən, bundan sonra Zelenski ona hər hansı dövlət postu təklif etmək fikrindən imtina edib.
Nəşr həmçinin yazır ki, görüş zamanı Prezident Ofisinin sifarişi ilə keçirilən sorğunun nəticələri də təqdim olunub. Həmin sorğuya əsasən, Zelenskinin dəstəyi 34 faiz, Zalujnının 28 faiz, Budanovun isə 12 faiz təşkil edir.
Adəm
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək

















.jpg)















