MDB
Ramzan Kadırov ilk dəfə bu siyahıya daxil edilmədi - Çeçenistanda nə baş verir?
Uzun illərdən sonra ilk dəfə olaraq Ramzan Kadırov Dövlət Dumasına seçkilərdə Çeçenistanı təmsil edən “Vahid Rusiya” partiyasının namizədlər siyahısına daxil edilməyib.
Publika.az xəbər verir ki, "Govorit NeMoskva" nəşri bildirir ki, respublikadakı partiya siyahısına Dövlət Dumasının deputatları Şamsail Saraliyev, Ruslan Leçhaciyev və Əhməd Doqayev, eləcə də Kadırovun müttəfiqi, Çeçenistanın baş naziri Maqomed Daudov, onun birinci müavini İsa Tumhaciyev və administrasiya rəhbəri Qalas Taymasxanov rəhbərlik edir.
Çeçenistan rəhbərinin digər müttəfiqi Adam Delimxanov təkmandatlı seçki dairəsində “Vahid Rusiya”dan namizəd olub.
Nəşr xatırladır ki, 2007-ci ildən bəri Kadırov parlament seçkilərində həmişə “Vahid Rusiya”nın regional qrupuna rəhbərlik edib.
Kadırov həmçinin iyunun 28-də keçirilən “Vahid Rusiya” partiyasının qurultayını da buraxıb.
Son bir neçə ildə Çeçenistan liderinin ağır xəstəliyi ilə bağlı dəfələrlə məlumatlar yayılıb. Kadırov hər hansı bir xəstəliyi olduğunu inkar edir.
Müəllif: Tural
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək

















.jpg)















