MDB
Qrossi Zaporojye AES-ə görə Moskvaya gedir
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi yaxın vaxtlarda Kalininqrada səfər etmək niyyətində olduğunu bildirib.
Publika.az xəbər verir ki, təşkilat rəhbəri "RİA Novosti" ilə söhbətində bildirib ki, orada Zaporojye AES ətrafındakı vəziyyətlə bağlı danışıqlar planlaşdırılır.
Görüşün plenar iclas formatında keçiriləcəyini qeyd edib. Onun bildirdiyinə görə, görüşdə "Rosatom", "Rostexnadzor", Rusiya XİN, eləcə də stansiyanın təhlükəsizliyi və işi ilə bağlı digər Rusiya strukturlarının nümayəndələrinin iştirakı gözlənilir.
BAEA rəhbəri qeyd edib ki, bu cür məsləhətləşmələr müntəzəm olaraq keçirilir və tərəflərə geniş mövzu dairəsini müzakirə etməyə imkan verir. Bunların sırasında Zaporojye AES-in texniki vəziyyəti, onun fəaliyyət şərtləri, təhlükəsizlik məsələləri və obyekt ətrafındakı vəziyyətə gələcək yanaşmalar yer alır.
Qrossi həmçinin bildirib ki, belə görüşlər çərçivəsində o, adətən "Rosatom"un baş direktoru Aleksey Lixaçovla danışıqlar aparır. Onun sözlərinə görə, dialoq təkcə cari məsələləri deyil, həm də orta və uzunmüddətli perspektivdə vəziyyətə baxışı əhatə edir.
Hüseyn İbadlı
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək

















.jpg)















