MDB
Rusiyada gecə kabusu: 155 Ukrayna PUA-sı...
Rusiya Müdafiə Nazirliyi gecə saatlarında ölkə ərazisi üzərində 155 Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, nazirliyin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri Moskva vilayəti, Belqorod, Bryansk, Kursk vilayətləri və daha səkkiz Rusiya regionunda dronları vurub.
Bundan əlavə, Azov və Qara dəniz akvatoriyaları üzərində də Ukraynaya məxsus PUA-ların zərərsizləşdirildiyi bildirilib.
Nazirlik qeyd edib ki, söhbət Moskva vaxtı ilə saat 23:00-dan səhər 07:00-dək olan müddətdən gedir.
Rusiya tərəfinin yaydığı digər məlumata əsasən, iyulun 2-də saat 08:00-dan 20:00-dək olan vaxt ərzində də hava hücumundan müdafiə sistemləri 100 Ukrayna pilotsuz uçuş aparatını vurub. Beləliklə, son sutka ərzində məhv edildiyi bildirilən PUA-ların ümumi sayı 255-ə çatıb.
Adəm
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək

















.jpg)















