MDB
Qazaxıstan və Ermənistan bir-birlərinə torpaq verdilər
Ermənistan parlamenti cümə günü keçirilən iclasında İrəvan və Astanada diplomatik nümayəndəliklərin tikintisi üçün Qazaxıstanla qarşılıqlı torpaq sahəsinin ayrılmasını nəzərdə tutan müqaviləni təsdiqləyib.
Publika.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, İrəvanda yeni Qazaxıstan səfirliyi İsakov prospektində yerləşəcək və Ermənistan tərəfi ərazi üçün 0,33 hektar torpaq sahəsi ayıracaq. Qarşılıqlı razılaşmaya əsasən, Qazaxıstan hökuməti Astanada Ermənistan səfirliyi üçün də 0,33 hektar ərazini əhatə edən yeni torpaq sahəsi ayıracaq. İki ölkə bu sahələri bir-birindən simvolik illik ödəniş müqabilində icarəyə götürəcək: İrəvanda 1 dram və Astanada 1 tenge.
Qeyd etmək lazımdır ki, Ermənistandakı hazırkı Qazaxıstan səfirliyi Ermənistan parlamentinin yaxınlığında yerləşir. Yeni səfirlik şəhər mərkəzinə aparan əsas magistral yollardan birində yerləşəcək (ABŞ və Çin səfirlikləri də Admiral İsakov prospektində yerləşir).
Ermənistan səfirliyinə gəldikdə, yeni bina nüfuzlu bir ərazidə - Müstəqillik prospektinin (Astananın əsas prospekti) yaxınlığında, ABŞ, Çin, Özbəkistan və BƏƏ səfirliklərinin yanında, eləcə də Astananın məşhur piramidasının (Sülh və Barışıq Sarayı) yaxınlığında yerləşəcək.
Müəllif: Tural
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək

















.jpg)















