MDB
Priqojinin sirri illər sonra üzə çıxdı: Qiyamdan əvvəl ona ağır diaqnoz qoyulubmuş
Rusiyanın "Vaqner" özəl hərbi şirkətinin (ÖHŞ) qurucusu Yevgeni Priqojin 2023-cü ilin iyununda baş verən qiyamdan qısa müddət əvvəl ciddi sağlamlıq problemi yaşayırmış.
Publika.az xəbər verir ki, bu barədə "Tsarqrad" nəşri mənbəyə istinadən məlumat yayıb.
İddiaya görə, Priqojinə üsyandan əvvəl ağır diaqnoz qoyulub. Mənbə hesab edir ki, məhz bu səbəb onun tələsik qərarlar verməsinə və Moskvaya yürüş zamanı sərt addımlar atmasına təsir edib.
Bildirilib ki, Priqojin Kremlə qarşı açıq qarşıdurma yaratmaq niyyətində olmayıb. Onun məqsədi Rusiya ordusunu "Vaqner" modeli əsasında - artıq bürokratiya və formalizmdən uzaq şəkildə yenidən qurmaq olub.
Priqojinlə əvvəllər əməkdaşlıq etmiş hüquqşünas İqor Yeliseyev də bildirib ki, onun üçün dönüş nöqtəsi cəbhədə komandirlərlə görüşü olub. Həmin komandirlər döyüş sursatının çatışmazlığından şikayət ediblər. Bundan başqa, Artemovskun (Baxmut) ələ keçirilməsindən sonra "Vaqner"in silahlarının Müdafiə Nazirliyinə təhvil verilməsi tələbi də Priqojinə ağır təsir göstərib.
Xatırladaq ki, Priqojinin rəhbərlik etdiyi qiyam 24 iyun 2023-cü ildə baş verib. O, əvvəlcə Rusiya Müdafiə Nazirliyini ittiham edib, daha sonra isə "Vaqner" qüvvələri ilə Moskvaya yürüşə başlayıb. Bir sutka ərzində dəstələr bir neçə Rusiya regionundan keçib, yol boyu iki helikopteri və bir təyyarəni vurub. Günün sonunda isə Priqojin Belarus prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə əldə olunan razılaşmadan sonra yürüşü dayandıraraq Belarusa gedib.
Priqojin 23 avqust 2023-cü ildə Tver vilayətində baş vermiş təyyarə qəzasında həlak olub. Qəza zamanı təyyarədə "Vaqner"in əsas komandirlərindən Dmitri Utkin və rəhbərlik nümayəndəsi Valeri Çekalov da olub.
Adəm
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək

















.jpg)















