MDB
Rusiya Avropa hava məkanına 144 PUA buraxıb - Şok hesabat
Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (IISS) son bir il yarım ərzində Rusiyanın NATO hərbi qurğularını izləmək və Qərb ölkələrini qorxutmaq üçün Avropa hava məkanına 144 pilotsuz uçuş aparatı (PUA) buraxdığını bildirən hesabat dərc edib.
Publika.az xəbər verir ki, tədqiqatçıların fikrincə, Kreml 18 ay ərzində "kölgə donanması"nın gəmilərindən buraxılan dronlardan istifadə edərək Böyük Britaniya, Fransa, Belçika və Hollandiyadakı nüvə obyektlərini müşahidə edib.
Bildirilir ki, 2024-cü ilin sonlarından başlayaraq 10-dan çox ölkədə baş verən 144 hadisənin təhlili Rusiya kəşfiyyatının "əhəmiyyətli dərəcədə cəzasızlıqla" fəaliyyət göstərdiyini və Avropadakı hakimiyyət orqanlarını çaşqın vəziyyətə saldığını göstərir.
Dronlar dəfələrlə aviabazalar və hava limanları üzərində müşahidə olunub, lakin heç biri qərb hərbçiləri tərəfindən ələ keçirilməyib və ya vurulmayıb. Bu da NATO-nun hava müdafiə sistemindəki strateji uğursuzluğun etirafı hesab oluna bilər.
Dənizə buraxıldığı güman edilən dronların hədəf aldığı ərazilər arasında ABŞ nüvə silahlarının yerləşdirilməsi üçün hazırlanan Böyük Britaniyanın Suffolk şəhərindəki "RAF Lakenheath" bazası və Fransanın Brittani bölgəsindəki "İle Longue" nüvə sualtı qayığı bazası da olub.
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
















.jpg)















