MDB
Dövlət Dumasında "sürətli və qətiyyətli qələbə" çağırışı
Rusiyanın Ukrayna Silahlı Qüvvələrinin (VSU) hərbi infrastrukturuna, logistikasına və silah anbarlarına qarşı "qətiyyətli" zərbələrə ehtiyacı var.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Leonid Slutski özünün "Telegram" kanalında yazıb.
Deputat Ukrayna Silahlı Qüvvələrinin Zaporojye bölgəsindəki Tokmak şəhərinin bazarına zərbə endirməsinə sərt reaksiya verilməsini tələb edib. Slutski bazarın hərbi obyekt olmadığını və hər gün orada onlarla satıcı, müştəri, yaşlı insan və uşaqlı ailənin olduğunu qeyd edib.
Parlamentarinin sözlərinə görə, belə bir məkana zərbə endirmək mülki əhaliyə qəsdən hücum sayılmalıdır. "Bu, Kiyev üçün məktəblərin, xəstəxanaların və yaşayış binalarının uzun müddətdir ki, əsas hədəflər olduğunu göstərir. Buna görə də bu cür cinayətlərə qarşı cavab sürətli, dəqiq və prinsipial olmalıdır",- deputat deyib.
Onun sözlərinə görə, hərbi infrastruktur, logistika və silah anbarlarına qarşı qətiyyətli tədbirlər görülməlidir: "Rusiya şəhərlərinə və mülki əhaliyə zərbə endirmək üçün istifadə edilən hər şey məhv edilməlidir. Tokmaka hücumda məsul olanlar məsuliyyətə cəlb olunmalıdır. Rusiyanın sürətli və qətiyyətli bir qələbəyə ehtiyacı var".
Müəllif: Tural
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
















.jpg)















