MDB
Rusiya Polşanı vurmağa hazırlaşır? - Peskovdan maraqlı reaksiya
Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Polşaya mümkün hücumu ilə bağlı mediada yayılan məlumatlara reaksiya verib.
Publika.az xəbər verir ki, o, jurnalist Pavel Zarubinə verdiyi müsahibədə bunu "qorxu hekayələri" adlandırıb.
Peskova Kremldə mediada gedən məqalələri, yaxın aylarda Rusiyanın Polşaya hücumunun proqnozlaşdırılmasını görüb-görməmələri barədə sual ünvanlanıb. O, suala cavab olaraq deyib: "Rusiya Federasiyası haqqında çoxlu qorxu hekayələri dərc olunur".
Xatırladaq ki, iyun ayının sonlarında Polşanın xarici işlər naziri Radoslav Sikorski diqqət çəkən açıqlamalar vermişdi. O, "CBS News"a verdiyi müsahibədə Rusiyanın iki il ərzində saxta bəhanə və adla əməliyyat keçirə biləcəyini demişdi. Bununla belə o əlavə edib ki, Ukrayna ilə münaqişə Rusiyanı NATO-nun şərq cinahına hər hansı effektiv müdaxilə üçün lazım olan resurslardan məhrum edir.
Müəllif: Tural
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
















.jpg)















