MDB
Ukrayna ərazi güzəştlərinə gedir? - Kiyevdən cavab gəldi
"Ərazi kompromisləri prinsipcə mümkün deyil. Heç bir seçim yoxdur".
Publika.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisinin rəhbəri Budanov “RBC-Ukraine”ya verdiyi müsahibədə deyib.
Qanunvericilikdə dəyişikliklər kimi digər güzəştlərdən danışarkən o bildirib ki, "təəssüf ki, biz artıq o qədər irəli getmişik ki, sadəcə qanunvericiliyin dəyişdirilməsi heç kimin marağında deyil".
Prezident Volodimir Zelensky də dəfələrlə Ukraynanın Donbasdan qoşunlarını çıxarmaq istəmədiyini, çünki orada "əhəmiyyətli müdafiə xətləri və istehkamlar" olduğunu bildirib. O, dəfələrlə vurğulayıb ki, Ukrayna nəzarət etdiyi ərazilərdən "geri çəkilə bilməz", çünki bu, Kiyev üçün "böyük risklər" yaradacaq.
Eyni zamanda, Moskva Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılmasını münaqişənin həlli üçün məhsuldar danışıqlar prosesinin əsas şərtlərindən biri hesab edir.
Müəllif: Tural
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin227 Oktyabr 20:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya27 Oktyabr 19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
















.png)
.jpg)















