MDB
Zelenski bəyan etdi: Səmada həlledici döyüş başlayır - Putin Moskvadan qaçacaq
Ukrayna hərbi qüvvələri Rusiyanın quruda irəliləməsini dayandıra və Rusiya donanmasını Qara dənizdən çıxara bilib və indi səmada "həlledici döyüş" başlayıb.
Publika.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O, Ukraynanın havada döyüş qabiliyyətini nümayiş etdirdiyini və belə bir "səmavi" qarşıdurmada "ərazisi daha böyük olan" tərəfin əhəmiyyət daşımadığını iddia edib.
"İnanıram ki, bu müharibədə qələbə daha ağıllı tərəfə məxsusdur", - deyə Zelenski bazar ertəsi “Financial Times” qəzetinə verdiyi müsahibədə bildirib.
Prezident vurğulayıb ki, müharibənin nəticəsini "səma" müəyyən edəcək. Həmin gün Rusiya Silahlı Qüvvələrinin daha bir şiddətli hücumuna məruz qalan Kiyevin mərkəzindəki ofisində müxbirlə danışan Zelenski Rusiya paytaxtına zərbələri daha da gücləndirməklə hədələyib.
"Moskvaya yüz deyil, min dron uçanda... o (Vladimir Putin) başa düşəcək.
Bunu şəxsən hiss etməyə başlayan kimi, öz gözləri ilə görməyə başlayan kimi, müşavirlərinin onu Ural dağlarının o tayına köçməyə təşviq etdiyini görəcəksiniz", - deyə Ukrayna prezidenti bildirib.
O, əvvəllər Ukraynaya hücum davam edərsə, Moskvanı "yandıracağını" vəd etmişdi. Zelenski əlavə edib ki, onun fikrincə, müharibənin sonu "Putin Moskvadan nə qədər uzaqlaşsa", daha yaxın olacaq.
Onun sözlərinə görə, Ukraynanın Moskva və Sankt-Peterburqa genişmiqyaslı pilotsuz təyyarə hücumlarının psixoloji təsiri, eləcə də artan iqtisadi nəticələr sayəsində Putinin hesablamalarını dəyişdirəcək.
Müəllif: Tural
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin227 Oktyabr 20:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya27 Oktyabr 19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
















.png)
.jpg)















