MDB
Yeni təklif: 70 yaşına çatmış şəxslərə əlavə ödənişlər edilsin
Rusiyada 70 yaşına çatmış vətəndaşlar üçün əlavə ödənişin tətbiq edilməsi təklif edilib.
Publika.az xəbər verir ki, bu təklifi Rusiya İctimai Palatasının katibinin müavini Vladislav Qrib “RİA Novosti” agentliyinə verdiyi müsahibə zamanı irəli sürüb.
Qribin sözlərinə görə, bu yaşa çatmış rusiyalılara sağlamlıqlarını qorumaq, idmanla məşğul olmaq, profilaktik müayinələrdən keçmək, kurortlara getmək və xərc çəkmək üçün əlavə ödəniş təmin edilməlidir. O hesab edir ki, belə bir ödənişin məbləği minimum əmək haqqının ən azı üç-dörd misli olmalıdır.
Qrib həmçinin qeyd edib ki, belə bir tədbir təkcə yubiley üçün bir növ bonus deyil, həm də sağlamlıqlarına qayğı göstərən insanların səylərinin tanınması kimi xidmət edə bilər.
Bundan əlavə, İctimai Palatanın katibinin müavini 75 və 80 yaşına çatmış vətəndaşlar üçün oxşar əlavə ödənişlərin təmin edilməsini və 70 yaşından sonra hər beş ildən bir təyin edilməsini təklif edib.
Müəllif: Tural
-
İdman22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH















.png)

.jpg)

.jpg)















