MDB
Rostova PUA hücumu – Neft anbarları, liman yanır
Rusiyanın Rostov vilayətində dron hücumları bir neçə obyektdə yanğınlara səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə regionun qubernatoru Yuri Slyusar bildirib.
Slyusar “Max” platformasındakı kanalında yazıb: "Azovda dron hücumu iki neft anbarında yanğına səbəb olub".
İlkin məlumatlara görə, itki yoxdur.
Bundan əlavə, Azovski rayonunun Kaqalnik kəndində dron hücumu nəticəsində inzibati binada yanğın olub. Qubernator ölən və ya yaralanan olmadığını və yanğının tamamilə söndürüldüyünü bildirib.
Dronlar həmçinin Taqanroqa hücum edib. Slyusarın sözlərinə görə, dəniz limanı ərazisində yanğın baş verib və hazırda söndürülür.
"Dəniz limanındakı yanğın hazırda söndürülür", - deyə regional qubernator bildirib və əlavə edib ki, ilkin məlumata görə, itki yoxdur.
Yanğınların səbəbləri və ya obyektlərə dəyən mümkün ziyan barədə rəsmi məlumat yoxdur.
Müəllif: Tural
-
İdman22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH














.png)

.jpg)

.jpg)















