MDB
"McDonald's" niyə Rusiya bazarına qayıtmayacaq?
ABŞ-ın məşhur restoranlar şəbəkəsi olan "McDonald's" Rusiyaya qayıtmayacaq.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Nəşr "Vkusno — i tocka" şirkətinin baş direktoru Oleq Paroyevə istinad edib. O bildirib ki, "McDonald's" iki səbəbdən ölkəyə qayıtmayacaq.
Onun sözlərinə görə, Amerika brendi əhəmiyyətli geosiyasi dəyişikliklər və Rusiya istehlakçısının fərqli bazara istiqamətləndirilməsi səbəbindən geri qayıtmayacaq. Paroyev qeyd edib ki, "McDonald's"ı əvəz edən yerli brend müştəri etibarını qazanmağı və brend mövqeyini gücləndirməyi bacarıb.
İş adamı onu da vurğulayıb ki, "artıq kimsə bizim burada uzunmüddətli perspektiv üçün fəaliyyət göstərəcəyimizə" şübhə etmir.
Xatırladaq ki, rusların da sevimli restoranına çevrilmiş "McDonald's" 2022-ci ilin may ayında Rusiyadan çıxdığını elan etmişdi. Şirkət Rusiya biznesini sahibkar Aleksandr Qovora satıb və şəbəkənin adı dəyişdirilərək "Vkusno — i tocko" olub. Tərəflər razılığa gəliblər ki, Amerika korporasiyası aktivlərini yalnız 15 il ərzində bazar şərtləri ilə geri ala biləcək.
Tural Tağıyev
-
İdman22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH















.png)

.jpg)

.jpg)















