MDB
Bunun adı sevgidir: Zaxarova Rusiya-Ermənistan münasibətləri haqda
Moskva və İrəvan ortaq tarixə və iki ölkə xalqları arasında səmimi rəğbətə əsaslanan xüsusi münasibətləri bölüşürlər.
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bloger Olqa Blaqoveşçenskaya ilə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya Ermənistanı təkcə suveren dövlət kimi deyil, həm də uzunmüddətli tarixi əlaqələr, birgə layihələr, ailə münasibətləri, biznes və bir-biri ilə sıx bağlı talelərin birləşdirdiyi bir ölkə kimi qəbul edir.
Rusiya-Ermənistan münasibətlərindən danışan Zaxarova vurğulayıb ki, Moskva həmişə İrəvanı dəstəkləməyə çalışıb. Bu dəstək təkcə geosiyasi maraqlardan deyil, həm də iki xalq arasında dərin humanitar əlaqələrdən irəli gəlir.
"Bizim tərəfimizdən həmişə yalnız kömək və dəstək olub və mənim fikrimcə, bu, həm diplomatların dediyi kimi, geosiyasi amillərlə, həm də mənim sevgi adlandırdığım şeylə əlaqəli idi. Xalqların, mədəniyyətlərin səmimi sevgisi, qarşılıqlı anlaşma - bunlar əsl bağlardır", - deyə o bildirib.
Mövzunu davam etdirən Zaxarova Rusiya və Ermənistanın ortaq mədəni məkana sahib olduğunu qeyd edib. O, həmçinin Rusiya Prezidenti Vladimir Putinin rolunu xatırladaraq bildirib ki, o, dəfələrlə qanlı münaqişələrə son qoymaq, çətin anlarda Ermənistana kömək göstərmək və onun inkişafını təşviq etmək üçün səylər göstərib.
Zaxarovanın sözlərinə görə, müzakirə təkcə təhlükəsizlik məsələləri ilə bağlı deyil, həm də iqtisadiyyat, enerji və sənaye sahələrində əməkdaşlıqla bağlıdır.
"Bu, bizim yanaşmamızdır və biz ona əməl edirik", - deyə o, yekunlaşdırdı.
Xatırladaq ki, mayın 9-da Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransında İrəvanın "ağıllı boşanma" ehtimalını nəzərə alaraq, Aİ-yə və ya AİB-ə qoşulmaq barədə mümkün qədər tez qərar verməli olduğunu bildirmişdi. O, bu məsələ ilə bağlı referendum keçirilməsini təklif etmişdi.
Öz növbəsində, Baş nazir Nikol Paşinyan mayın 11-də jurnalistlərə bildirib ki, Ermənistan AİB-in tamhüquqlu üzvü olaraq qalır və referendum yalnız "obyektiv ehtiyac" olduqda mümkündür.
Müəllif: Tural
-
Rəsmi xronika12:00Belə avtomobillə heç yerə getmərəm - Prezident
-
MDB10:50Ukrayna kəşfiyyatı dronları Rusiya ərazisinə belə daşıyırmış – FSB üstünü açdı
-
Qoroskop10:13Ən kinli 5 bürc: Onlardan bağışlanmaq gözləməyin
-
Rəsmi xronika08:46İlham Əliyevin iştirakı ilə Forum canlı yayımlanacaq
-
Art08:00Məhəbbət Kazımov məşhur mahnısını niyə bir daha ifa etmədi? - Bilinməyən həqiqətlər / VİDEO
-
Ekologiya07:17Bu gün rayonlarda 39 dərəcə isti olacaq
-
Magazin206:16Tarkan xanımı və qızı ilə - FOTO
-
Region05:45ABŞ hərbçiləri İranda haraları hədəf alıb?











.jpg)


























