MDB
Bu ölkə tələb etdi: Vahid Ələkbərovla Patriarx Kirill sanksiya paketindən çıxarıldı
Moskva və Bütün Rusiyanın Patriarxı Kirill və "Lukoyil" neft şirkətinin təsisçisi Vahid Ələkbərov Rusiyaya qarşı 21-ci sanksiyalar raundundan çıxarılıblar.
Publika.az xəbər verir ki, bu barədə diplomatik mənbələrdən "European Pravda"ya məlumat verilib.
"Rus Pravoslav Kilsəsinin Patriarxı Kirill və "Lukoyl" şirkətinin təsisçisi Vahid Ələkbərov Bolqarıstanın tələbi ilə Rusiyaya qarşı 21-ci AB sanksiya paketindən çıxarılıb", - məlumatda bildirilir.
Nəşr həmçinin qeyd edib ki, 21-ci sanksiya paketinin "ən problemli məsələləri" "yumşaldılma istiqamətində" həll edilib.
9 iyun tarixində “Euronews” mənbələrə istinadən Avropa Komissiyasının Rusiyaya qarşı şəxsi sanksiyalar layihəsinə Patriarx Kirili daxil etdiyini bildirmişdi . İyulun əvvəlində “Politico” üç diplomata istinadən İtaliyanın Bolqarıstanla birlikdə Patriarx Kirilə qarşı sanksiyaların tətbiqinə qarşı çıxdığını bildirmişdi .
İyunun 18-də Bolqarıstanın Baş naziri Rumen Radev Sofiyanın Patriarx Kirillə qarşı Aİ sanksiyalarına veto qoymağa hazır olduğunu açıqladı. Bolqarıstanın xarici işlər naziri Velislava Petrova da ölkə hökumətinin Aİ-nin Rusiya enerji sektoruna və Patriarx Kirillə qarşı təklif etdiyi sanksiyalarla razılaşmadığını vurğulayıb.
İyulun 13-də Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib ki, Aİ səfirləri Brüsseldə xarici işlər nazirlərinin görüşünə qədər Rusiya əleyhinə 21-ci sanksiyalar paketi barədə razılığa gələ bilməyiblər.
Müəllif: Tural
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı














.png)


.jpg)






.jpg)









