MDB
98 litr benzinə görə 2,5 il həbs: BMW-si də əlindən alındı
Rusiyada icarədə olan avtomobillərdən benzin oğurlayan şəxsə ağır cəza verilib.
Publika.az xəbər verir ki, Moskva vilayətində Arsanali Cangişiyev benzin oğurluğu və sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün 2 il 6 ay müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.
Məlumata görə, o, ötən il iki dəfə icarədə olan avtomobillərdən ümumilikdə 98 litr benzin boşaldaraq xidmət şirkətlərinə təxminən 5 min rubl ziyan vurub.
Araşdırma zamanı müəyyən edilib ki, Cangişiyev bununla yanaşı, Domodedovo şəhərində bir neçə dəfə sərxoş vəziyyətdə avtomobil idarə edib.
Məhkəmənin hökmü ilə o, 2 il 6 ay azadlıqdan məhrum edilib, 3 il müddətinə sürücülük hüququndan məhrum olunub. Bundan əlavə, ona məxsus BMW markalı avtomobil də dövlət nəfinə müsadirə edilib.
Xatırladaq ki, Rusiyada iyulun ilk on günündə AI-92 markalı benzinin qiyməti illik müqayisədə 20%, AI-98 markalı benzinin qiyməti isə 24% artıb. Dizel yanacağı da eyni dövrdə 11% bahalaşıb. (Musavat.com)
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı














.png)


.jpg)






.jpg)









