MDB
Rusiya Odessaya hücum etdi: Ölənlər var
Odessa polisinin rəhbəri Sergey Lısak rus işğalçılarının şəhərə hücumu və nəticədə üç nəfərin ölümü barədə məlumat verib.
Publika.az xəbər verir ki, Lısak bu barədə sosial mediadayazıb:
“Hazırda düşmən hücumu nəticəsində üç nəfərin öldüyü məlumdur.
Daha üç nəfər yaralanıb. Onlar orta-ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər”.
Lısak əlavə edib ki, düşmən hücumu nəticəsində yaşayış binalarına ziyan dəyib.
Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, Rusiya qüvvələri gecə boyu Ukrayna limanlarına zərbələr endirməyə davam edib.
"Bu gecə Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinə yük daşımaq üçün istifadə edilən Ukrayna limanlarına zərbələr endirməyə davam etdi", - deyə açıqlamada bildirilir.
Qeyd olunur ki, Odessa vilayətinin Odessa və Çornomorsk limanlarında yüksək dəqiqlikli hava silahları və pilotsuz uçuş aparatlarının qrup hücumları nəticəsində aşağıdakılar zərər görüb:
yanacaq və sürtkü yağlarının boşaldılması üçün istifadə olunan liman infrastrukturu obyektləri,
Ukrayna Silahlı Qüvvələri üçün yanacaq və sürtkü çənləri,
pilotsuz uçuş aparatlarının istehsalı və yığılması üzrə emalatxanalar.
Bundan əlavə, Çornomorsk və Dnepr-Buqski limanlarında Ukrayna Silahlı Qüvvələri üçün yük daşıyan dörd dəniz gəmisinə ziyan dəyib.
Müəllif: Tural
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı














.png)


.jpg)






.jpg)









