MDB
Tokayev Şanxaydan dünyaya mesaj verdi: Qazaxıstanın böyük planı...
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkəsinin Çin, Mərkəzi Asiya, Qafqaz, Yaxın Şərq və Avropanı birləşdirən əsas nəqliyyat-logistika mərkəzinə çevrilməsinin strateji hədəf olduğunu bildirib.
Publika.az xəbər verir ki, Tokayev bu barədə Şanxayda yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən Çin şirkətlərinin rəhbərləri ilə görüşdə danışıb.
Prezident vurğulayıb ki, Çinlə Avropa arasında həyata keçirilən dəmir yolu daşımalarının təxminən 85 faizi Qazaxıstan üzərindən keçir.
Onun sözlərinə görə, məqsəd Avrasiyada vahid rəqəmsal nəqliyyat məkanının formalaşdırılmasıdır ki, bu da malların sərhədləri rəqəmsal məlumatlar qədər sürətli keçməsinə imkan yaradacaq.
Tokayev həmçinin qeyd edib ki, Çin indiyədək Qazaxıstan iqtisadiyyatına 30 milyard dollardan çox investisiya yatırıb. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 49 milyard dollara çataraq rekord göstərici olub. Hazırda Qazaxıstanda Çin kapitalı ilə 8500-dən çox müəssisə fəaliyyət göstərir.
O əlavə edib ki, ölkəsinin məqsədi təkcə investisiya cəlb etmək deyil, həm də Çinlə birlikdə yeni texnologiyalar hazırlamaq, elmi-tədqiqat mərkəzləri yaratmaq və yüksək texnologiyalı istehsal sahələrini inkişaf etdirməkdir.
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi












.png)





.jpg)

.jpg)















