MDB
Rusiyada yanacaqdoldurma məntəqələri kütləvi şəkildə satışa çıxarıldı
Rusiyada son bir ay ərzində onlayn ticarət platformalarında və şirkətlərin rəsmi saytlarında 150-dən çox yanacaqdoldurma məntəqəsinin (YDM) satışı ilə bağlı elan yerləşdirilib.
Publika.az xəbər verir ki, satışa çıxarılan obyektlər arasında həm müstəqil YDM-lər, həm də "Qazprom" kimi iri şirkətlərə məxsus məntəqələr var.
Satıcıların sözlərinə görə, buna əsas səbəb YDM sahiblərinin maliyyə vəziyyətinin pisləşməsi və borcların artmasıdır. Bir çox sahibkar bu sahədə fəaliyyətini davam etdirmək istəmir.
"İzvestiya"nın yazdığına görə, "Qazprom"un qeyri-profil aktivlərinin satışı çərçivəsində Həştərxan, Rostov, Tambov və Nijni Novqorod vilayətlərində yerləşən yanacaqdoldurma məntəqələri də satışa çıxarılıb. Obyektlərin qiyməti 940 min rubldan 13,4 milyon rubla qədər dəyişir.
"Qazprom GNP Holding"in mətbuat xidməti bildirib ki, sözügedən YDM-lər 2022-ci ilin avqustundan satışdadır və bu, şirkətin planlı aktiv idarəetmə siyasətinin bir hissəsidir.
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi












.png)





.jpg)

.jpg)















