MDB
Rusiyada "Wildberries"in əsas obyektləri vuruldu - 7 ölü, 24 yaralı var
Ukrayna dronları gecə saatlarında Rusiyanın Moskva da daxil olmaqla bir neçə şəhərinə hücum edib.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Qeyd edilib ki, Moskva merinin sosial şəbəkə hesabında yaydığı məlumata görə, guya Moskvada 55 dron vurulub.
"Lakin o həmişəki kimi heç bir ziyan və ya itki barədə məlumat verməyib. Bu barədə xəbərlər isə sosial mediada yayılır. Səhər tezdən dronlar Rusiya paytaxtından 50 km aralıda yerləşən Noqinskdəki neft anbarına zərbə endirib. Zərbə endirilən obyekt neft bazası olub və "Mostransneft" şirkətinə məxsusdur", - "Unian" nəşri yazıb.
Qeyd edilib ki, həmçini Moskvadakı Jukovski hava limanı da bağlanıb.
Vladimir vilayətinin qubernatoru Aleksandr Avdeyev isə bildirib ki, Vladimirə qədər gəlib çıxan dron çoxmərtəbəli binaya dəyib və partlayış mənzillərdən birində yanğına səbəb olub. Onun sözlərinə görə, itki yoxdur.
Ukrayna "Telegram" kanallarında dronun çoxmərtəbəli binanın son mərtəbəsindəki mənzilə dəyməsi və zərbənin yanğına səbəb olmasını əks etdirən videolar yayıblar.
Lakin hücumların ən ciddi nəticələri Tambov vilayətinin Kotovsk şəhərində qeydə alınıb. Belə ki, vilayət qubernatoru Yevgeni Pervışovun sözlərinə görə, burada "Wildberries" logistika mərkəzinin və anbarının işçiləri olan 7 nəfər dron hücumu zamanı həlak olub. Məlumata görə 24 nəfər ağır yaralanaraq xəstəxanalara yerləşdirilib.
Həmçinin Rusiyanın Moskva vilayətində, Elektrostalda yerləşən "Wildberries" logistika kompleksi də yanır. Bu, şirkətin Rusiyadakı ən böyük obyektlərdən biridir.
Məllif: Tural
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi












.png)





.jpg)

.jpg)















