MDB
ABŞ-ın Yaponiyaya "Typhon"lar yerləşdirməsi Rusiyanı qorxuya saldı - XİN-dən reaksiya
Yaponiyada ABŞ-ın "Typhon" raket sistemlərinin yerləşdirilməsi Rusiyanın Uzaq Şərq sərhədləri üçün birbaşa təhlükə yaradır.
Publika.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS agentliyinə verdiyi müsahibədə deyib.
O, deyib: "Tokionun Amerika orta və qısa mənzilli raket sistemlərinin yerləşdirilməsi üçün öz ərazisini verməsini, dislokasiya müddətindən (epizodik, rotasiyalı və ya daimi) asılı olmayaraq, Asiya-Sakit okean regionunun sabitliyinə və təhlükəsizliyinə ciddi mənfi təsir göstərən və Rusiyanın Uzaq Şərq sərhədləri üçün birbaşa təhlükə yaradan addım kimi qiymətləndiririk".
Diplomat onu da əlavə edib ki, Rusiya dəfələrlə Tokioya müxtəlif formatlarda bu cür qərarlar barədə xəbərdarlıq edib.
Qeyd edək ki, ABŞ birgə hərbi təlimlər üçün Kanoya Dəniz Özünümüdafiə Qüvvələrinin hava bazasına müvəqqəti olaraq "Typhon"ları yerləşdirməyi planlaşdırır. Təlimlər iyun ayında başlayıb və sentyabr ayına qədər davam edəcək. Tokio və Vaşinqtonun rəsmi mövqeyi budur ki, yerləşdirilmə müvəqqətidir və daimi hərbi bazanın yaradılmasını nəzərdə tutmur.
Müəllif: Tural
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?















.jpg)




.jpg)
















