MDB
Rusiya vilayətlərinə gecə hücumu: Ciddi itkilər var
Rusiyanın Voronej vilayətinə Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində yaralananlar var.
Publika.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Qusev məlumat verib.
O qeyd edib ki, hava hücumundan müdafiə qüvvələri gecə boyu mülki hədəflərə hücumları dəf edib.
“Təəssüf ki, itkilərimiz və ciddi nəticələrimiz var. Təcili yardım xidmətləri işlərini başa vurduqdan sonra hər şeyi bildirəcəyik”.
“Telegram” kanallarının verdiyi məlumata görə, 23 iyul gecəsi Voronejə kütləvi hücum təşkil edilib və pilotsuz təyyarənin zərbəsi nəticəsində şəhərin xaricində yanğınlar baş verib. Birbaşa pilotsuz təyyarə zərbəsi təhlükəsi səbəbindən hava hücumu xəbərdarlığı edilib.
Ukrayna dronları Ulyanovsk bölgəsindəki yanacaq-enerji kompleksi obyektinə də hücum edib. Bu barədə Rusiya bölgəsinin rəhbəri Aleksey Russkix məlumat paylaşıb:
“Xahiş edirəm sakit qalın, yanğının söndürülməsi və ərazidəki vəziyyət barədə sizi məlumatlandıracağam”.
Müəssisə Novospasski rayonunda yerləşir. Hadisə yerində təcili yardım xidmətləri işləyir.
Moskva meri Sergey Sobyanin hava hücumundan müdafiə qüvvələrinin Moskvaya doğru uçan dörd dronu vurduğunu açıqlayıb.
“Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskva istiqamətində uçan dörd PUA-nı məhv edib”, - mer bildirib. O, təcili yardım xidmətlərinin dağıntı yerlərində işlədiyini deyib.
Müəllif: Tural
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək





















.jpg)
















