MDB
Rusiya iqtisadiyyatı çökür - "Payız defoltları" dalğası olacaq?
Ukrayna ilə davam edən müharibənin maliyyələşdirilməsi xərcləri artmaqdadır. Xərclərin artması prosesi davam etdiyi üçün Rusiya iqtisadiyyatı getdikcə daha çox təzyiq altında qalır.
Publika.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. Nəşrin məlumatına görə, iqtisadi gərginliyin son əlamətlərindən biri müharibə üçün açıq şəkildə vəsait toplamaq məcburiyyətində qalan Maliyyə Nazirliyi ilə hərbi kampaniyanı maliyyələşdirmək üçün getdikcə daha yüksək faiz dərəcələri tələb edən ən böyük banklar arasındakı qarşıdurmadır.
Xüsusilə, Maliyyə Nazirliyi bir sıra hərracların özünə alıcılar cəlb edə bilməməsindən sonra istiqraz satışlarının dayandırıldığını elan etməsi diqqət çəkən məqamdır. Müəllif qeyd edib ki, dövlət istiqrazlarının gəlirliliyi hazırda 13%-dən 17%-ə qədər dəyişir və Rusiya Mərkəzi Bankı əsas faiz dərəcəsini aşağı salsa, bu rəqəm azala bilər. Hazırda əsas faiz dərəcəsi 14,25%-dir.
Rusiyanın ən böyük biznes lobbisi olan Rusiya Sənayeçi və Sahibkarlar Birliyi, xəbərdarlıq edib ki, əgər mərkəzi bank faiz dərəcələrini aşağı salmasa, "payız defoltları" dalğası başlaya bilər. İlk altı ayda korporativ iflasların sayı artıq təxminən 11% artıb.
Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun analitiki Yanis Klugenin sözlərinə görə, Kreml əslində bu il hərbi xərcləri azaltmağı planlaşdırırmış. Lakin bu planlamaların əvəzinə xərclər kəskin şəkildə artaraq ikinci rübdə hökumət xərclərinin təxminən yarısını təşkil edib.
Kluge qeyd edib ki, əslində istiqraz bazarında yaranmış çıxılmaz vəziyyət iqtisadi çöküşün göstəricisi sayılmır. Amma proses digər arzuolunmaz hadisələrlə paralale gedir. Məsələn, Rusiya maliyyə bazarlarındakı digər "stress" əlamətləri buna misaldır. Xüsusilə, Rusiyanın əsas neft fond indeksi son iki ayda Ukraynanın neft emalı zavodlarına dron hücumları reallaşdırması səbəbindən 30% düşüb.
Tural Tağıyev
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar























.jpg)













