MDB
Gürcüstanın neft emalı zavodu Rusiya neftindən imtina etdi
Gürcüstanın Kulevi limanındakı neft emalı zavodunu işlədən "Black Sea Petroleum" (BSP) şirkəti, Avropa İttifaqı (Aİ) sanksiyaları səbəbindən avqustun sonu və ya sentyabrın əvvəlində Rusiya neftinin emalını tamamilə dayandıracaq.
Publika.az xəbər verir ki, bu barədə BSP Müşahidə Şurasının üzvü Vaxtanq Çaxnaşvili Gürcüstanın Pirveli televiziya kanalına açıqlamasında bildirib.
Xatırladaq ki, iyulun 24-də Aİ zavoda qarşı preventiv sanksiyalar tətbiq etmişdi. Əgər zavod Rusiya neftinin emalını dayandırmasa, bu sanksiyalar 25 yanvar 2027-ci ildə qüvvəyə minəcək.
Çaxnaşvilinin sözlərinə görə, BSP həmçinin Avropa bazarlarına da çıxmağı planlaşdırır. Şirkət Rusiya neftinə alternativlər axtarır. BSP nümayəndəsi vurğulayıb ki, əgər neft emalı zavodu Rusiya neftini idxal etməyə davam edərsə, mütləq AB sanksiyaları ilə üzləşəcək.
Tural Tağıyev
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar























.jpg)













