MDB
Taksi sürücüsünə qəribə cərimə yazıldı - Yolda namaz qılıbmış
Rusiyada maraqlı hadisə baş verib.
Publika.az "Ostorojno, novosti" Telegram kanalına istinadən xəbər verir ki, Moskvada fəaliyyət göstərən taksi sürücüsü yolda namaz qıldığına görə cərimələnib.
Kanal mənbəsinə istinad edib. Mənbənin məlumatına görə, Əhməd adlı çeçen millətindən olan taksi sürücüsü həmin gün növbədə olub. Namaz vaxtı çatanda isə o, Moskvanın şərqindəki Zverinets küçəsində imiş. Sürücü maşından düşüb, namaz qılıb, sonra yoluna davam edib.
Yoldan keçən bir nəfər hadisəni lentə alıb və Rusiya Daxili İşlər Nazirliyinin Ekstremizmlə Mübarizə Baş İdarəsinə məlumat verib.
İki həftə sonra Əhməd saxlanılıb və prokurorluğa aparılıb. O, yaxınlıqda xüsusi namaz yerləri olmadığı üçün küçədə namaz qılmalı olduğunu deyib. Çeçen sürücü xəbərdarlıqla günahının bağışlanmasını istəsə də, iş məhkəməyə göndərilib və Əhməd 5000 rubl cərimələnib.
Müəllif: Tural
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar























.jpg)













