MDB
Parlamentin sədri elektrik böhranından danışdı: "Qeyri-adi hadisədir..."
Ölkə ərazisində elektrik sisteminin ardıcıl dayanması qeyri-adi hadisədir və bütün detallar araşdırılmalıdır.
Publika.az xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkədə iyulun 24-25-də elektrik enerjisinin verilişinin dayanmasını şərh edərkən söyləyib. O, bütün detalların araşdırılmasının vacib olduğunu bildirib.
Onun sözlərinə görə, baş verənlərin səbəbləri tam müəyyənləşdirilməlidir.
“Bunun nə ilə bağlı olduğunu araşdırmaq vacibdir. Fakt budur ki, bütün sistemin bir-birinin ardınca dayanması qeyri-adi hadisə idi. Əgər burada insan amili, kiminsə müdaxiləsi və ya təxribat faktı varsa, əlbəttə ki, bunların hamısı üzə çıxarılmalıdır”, – deyə Ş.Papuaşvili qeyd edib.
Xatırladaq ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti ölkə ərazisində iyulun 24-25-i təkrarlanan elektrik kəsintiləri ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 318-ci maddəsi – Dövlət maraqlarına zərər vurmaq məqsədilə mühüm obyektlərin normal fəaliyyətinin pozulması və ya onlara zərər yetirilməsi maddəsi ilə istintaqa başlayıb.
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar























.jpg)













