MDB
Putin: "Atanız ağır yaralandıqdan sonra burada müalicə olunmuşdu"
Xəbər verdiyimiz kimi Rusiya Prezidenti Vladimir Putin Omskda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb.
Publika.az Kremlin saytına istinadən xəbər verir ki, Vladimir Putin qazaxıstanlı həmkarına onun atasının 1945-ci ilin qışında ayağından ağır yaralandıqdan sonra necə müalicə olunmasını xatırladıb.
Putin qeyd ebib ki, Qazaxıstan Prezidentinin ailəsinin Omskla xüsusi bağlılığı var. Belə ki, onun atası Kemel Tokayev döyüşdə yaralandıqdan sonra Omsk xəstəxanasında müalicə olunub.
"Sizin üçün Omsk Rusiyada sadəcə adi bir yer deyil... Hazırkı Prezident Kasım-Jomart Kemeleviçin atası 1945-ci ilin qışında ağır yaralandıqdan sonra burada müalicə olunub", - deyə Rusiya lideri xatırladıb.
O qeyd edib ki, bu hadisə Böyük Vətən Müharibəsini və keçmiş Sovet respublikaları xalqlarının nasizm üzərində qələbəyə verdiyi töhfəni xatırlamağın vacibliyini bir daha təsdiqləyir.
Tokayev öz növbəsində Omsk şəhərini Rusiya tarixində xüsusi yeri olan və Rusiya ilə Qazaxıstan arasında əməkdaşlığın inkişafında böyük rol oynayan bir şəhər adlandırdı.
Tural Tağıyev
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar























.jpg)













