MDB
Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya ilə Ukrayna arasındakı münaqişənin mənasının “çoxları üçün tam aydın olmadığını” bildirib və onu Azərbaycan-Ermənistan münaqişəsi ilə müqayisə edib. Onun sözlərinə görə, sonuncunun səbəbləri tarixi kontekstdə aydın idi.
Publika.az xəbər verir ki, Qazaxıstan lideri bu açıqlamanı Omskda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə verib.
“Bu münaqişənin mahiyyəti bir çoxları, o cümlədən bizim üçün tam aydın deyil. Tutaq ki, Azərbaycanla Ermənistan arasında dondurulmuş münaqişə də daxil olmaqla, bir münaqişə olub, həmin münaqişənin mahiyyəti, mənşəyi bizə tamamilə aydın idi; o, tarixin dərinliklərinə gedib çıxırdı. Amma bu münaqişəni anlamaq çox çətindir”, -deyə Tokayev bildirib.
Qazaxıstan Prezidenti, həmçinin mövcud vəziyyəti vətəndaş müharibəsi deyil, dövlətlərarası münaqişə kimi gördüyünü qeyd edərək vurğulayıb ki, Qazaxıstan Ukrayna xalqına, mədəniyyətinə və dilinə hörmətlə yanaşır.
Bundan əlavə, Tokayev həmkarı Putinə müraciətində İstanbul danışıqları zamanı əhəmiyyətli nəticələrin əldə edildiyini qeyd edib, münaqişənin “dondurulması”nın və “2.0 İstanbul formulu”na qayıtmağın lazım olduğunu irəli sürüb. O əlavə edib ki, Rusiya da daxil olmaqla, böyük dövlətlərin zəmanətləri ilə daha çox irəliləyiş əldə edilə bilər.
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar























.jpg)













