MDB
Ukrayna və ABŞ raket tədarükünün sürətləndirilməsini müzakirə etdi
Ukrayna ABŞ ilə “Patriot” sistemləri üçün raket tədarükünün sürətləndirilməsi və hava hücumundan müdafiə (HHM) sistemlərinin birgə istehsalına başlanması ilə bağlı müzakirələr aparır.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Sergey Koretski məlumat verib.
Baş nazir Sergey Koretski müdafiə naziri vəzifəsini icra edən Yevgen Xmara ilə birlikdə “Raytheon” şirkətinin quru və hava hücumundan müdafiə üzrə vitse-prezidenti, eləcə də “Raytheon” Ukrayna şirkətinin icraçı direktoru ilə görüşüb.
Müzakirənin əsas mövzusu payız-qış dövrü öncəsi Ukrayna hava məkanının gücləndirilməsi və yerli müdafiə sənayesinin imkanlarının genişləndirilməsi olub.
Sergey Koretski qeyd edib ki, görüşdə qışdan əvvəl “Patriot” sistemləri üçün raket tədarükünün tez bir zamanda artırılması, istehsalın genişləndirilməsi və Ukrayna müdafiə sənayesinin daha da gücləndirilməsi müzakirə edilib.
“Məqsədimiz təkcə Ukraynanın ehtiyaclarını ödəmək deyil, həm də Ukraynanın müdafiə imkanlarını qlobal təhlükəsizlik sisteminə inteqrasiya etməkdir”, - deyə Baş nazir əlavə edib.
Görüş zamanı tərəflər həmçinin Ukraynada silah istehsalını lokallaşdırmaq məsələsinə də diqqət yetiriblər. Koretski vurğulayıb ki, HHM sistemlərinin birgə istehsalına xüsusi diqqət yetirilib: “Ukrayna və ABŞ prezidentləri Ankarada keçirilən görüşdə bunu müzakirə ediblər. Amerika tərəfi praktik addımlar təklif edib. Ukrayna hökuməti bu işin mümkün qədər tez başlaması üçün lazım olan hər şeyi edəcək”.
Xatırladaq ki, Ukrayna müdafiə potensialını genişləndirmək və hava hücumundan müdafiə imkanlarını artırmaq üçün fəal şəkildə həll yolları axtarır.
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO




























.jpg)



