MDB
Rusiyanın ballistik terrora qoyduğu mərci boşa çıxarmaq lazımdır - Zelenski
Rusiya ordusu Ukrayna ərazisinə ballistik raketlərlə kütləvi zərbələr endirməkdə davam edir.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında yazıb.
Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri bir həftə ərzində Ukraynaya yarısından çoxu ballistik olmaqla, müxtəlif tipli yüzə yaxın raket, 1630 aviabomba və 1700 dron buraxıb.
"Döyüşçülərimizin bu zərbələrə qarşı dura bilməsi üçün biz hər gün tərəfdaşlarımızla işləyirik. Rusiyanın ballistik terrora qoyduğu mərci boşa çıxarmaq lazımdır. Məhz buna görə də antiballistik paketlərin vaxtında gəlməsi çox vacibdir", – Ukrayna lideri vurğulayıb.
Zelenski həmçinin Rusiyanın gecə aviazərbələrinin nəticələrini ümumiləşdirib: "Bu gecə ruslar Ukraynaya 8 raket və müxtəlif tipli 136 dron buraxıblar. Hədəflərin çoxunu vurmaq mümkün olub, lakin, təəssüf ki, hamısını yox. Xerson, Donetsk, Dnepr, Xarkov, Sumı, Odessa, Nikolayev, Zaporojye, Çerniqov vilayətləri və Kiyev zərbələrə məruz qalıb".
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar




















.jpg)

.jpg)













