MDB
Rusiyaya gedənlərin NƏZƏRİNƏ - Tələblər sərtləşdirilir
"Rusiyaya gələn miqrantlar qanunlara əməl etməli və rus dilini bilməlidirlər".
Publika.az xəbər verir ki, bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin bəyan edib.
"Xarici vətəndaşlar bizim adət və ənənələrimizə, tariximizə və mədəniyyətimizə hörmət etməli, yaşamaq üçün seçdikləri ölkəyə fayda verməlidirlər", – deyə o bildirib.
Volodin həmçinin qeyd edib ki, miqrantların Rusiyada olması iqtisadi cəhətdən əsaslandırılmalıdır. Onun sözlərinə görə, xarici vətəndaşlar təkcə özlərini deyil, həm də ailələrini təmin etməyə qadir olmalıdırlar.
Dövlət Dumasının sədrinin sözlərinə görə, miqrantlar üçün rüsumların artırılması federal büdcəni hər il 15 milyard rubldan çox əlavə vəsaitlə doldurmağa imkan verəcək.
Bir ay əvvəl Rusiya Prezidenti Vladimir Putin xarici vətəndaşlar üçün dövlət rüsumlarının əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutan qanunu təsdiqləyib. İndi Rusiya vətəndaşlığı rəsmiləşdirilərkən əcnəbi 50 min rubl, yaşayış icnəsi alınarkən 30 min rubl, müvəqqəti yaşamaq üçün icnə alınarkən isə 15 min rubl ödəyəcək. Miqrantların işə cəlb edilməsi üçün icazələrin verilməsinə görə rüsum işə götürülən hər bir əcnəbi üçün 15 min rubl təşkil edəcək.
Bundan əlavə, Dövlət Duması miqrantların ölkədən çıxarılması səbəblərinin siyahısını genişləndirib. Xüsusilə, xırda xuliqanlıq, Rusiya Silahlı Qüvvələrinin nüfuzdan salınması, sanksiyalara çağırışlar və digər pozuntular bu siyahıya daxil edilib. Həmçinin məhkumluq səbəbindən əcnəbilərə vətəndaşlıq verilməsindən imtina olunacaq.
Hüseyn İbadlı
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar




















.jpg)

.jpg)













