MDB
"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Qərb ölkələri bir sıra qərarlar qəbul etməklə "cini şüşədən buraxıblar".
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiya lideri qeyd edib ki, Qərbin qərarları müasir beynəlxalq hüququnun əsası olan Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinə uyğun gəlmir.
"Onlar sadəcə cini şüşədən buraxdılar", – deyə Putin bildirib.
Dövlət başçısının sözlərinə görə, müasir dünya nizamı İkinci Dünya müharibəsindən sonra qələbə qazanmış ölkələr tərəfindən formalaşdırılmış BMT Nizamnaməsi əsasında yaranıb.
"Lakin BMT-nin təsisçilərindən və beynəlxalq hüququn yaradıcılarından biri olan Sovet İttifaqı dağıldıqdan sonra Qərb ölkələri qərara gəldilər ki, öz potensialının bir hissəsini itirmiş Rusiya İkinci Dünya müharibəsində qalib gəlmiş ölkə ilə eyni hüquqlara malik olmamalıdır", =- deyə prezident əlavə edib.
"Qərb ölkələri hökmranlıq etməyə başladılar, özü də bunu dərhal praktika üzərində etdilər", - Putin qeyd edib.
Rusiya lideri nümunə olaraq Yuqoslaviyadakı hadisələri göstərib; onun sözlərinə görə, orada serb xalqının parçalanması baş verib.
Hüseyn İbadlı
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar




















.jpg)

.jpg)













