MDB
"Soyuz MS-28"in beynəlxalq heyəti Qazaxıstana eniş etdi
"Roskosmos"un iki kosmonavtı və NASA-nın bir astronavtı Beynəlxalq Kosmik Stansiyada 241 gün davam edən ekspedisiyanı başa vurublar.
Publika.az xəbər verir ki, Qazaxıstanın Kazinform agentliyinin məlumatına görə, "Roskosmos"un kosmonavtları Sergey Kud-Sverçkov və Sergey Mikayev, həmçinin NASA astronavtı Kristofer Uilyams "Soyuz MS-28" kosmik gəmisi ilə Yerə qayıdıblar.
Yerə "Soyuz" gəmisinin bütün hissələri deyil, yalnız eniş aparatı qayıdıb. Atmosferə daxil olmazdan əvvəl gəmi üç hissəyə ayrılıb. Orbital bölmə və cihaz-aqreqat bölməsi öz missiyasını başa vurduqdan sonra atmosferdə yanaraq məhv olub. Ekipaj isə eniş üçün nəzərdə tutulmuş yeganə hissə olan kiçik kapsul – eniş aparatında uçuşunu davam etdirib.
Yerə gəminin komandiri Sergey Kud-Sverçkov, kosmonavt Sergey Mikayev və NASA astronavtı Kristofer Uilyams qayıdıblar. Mikayev və Uilyams üçün bu, ilk kosmik uçuş olub, Kud-Sverçkov isə ikinci dəfə kosmosa səfər edib.
Missiya 2025-ci il noyabrın 27-də "Soyuz MS-28"in Baykonur kosmodromundan buraxılması ilə başlayıb. Kosmik gəmi həmin gün ekipajı Beynəlxalq Kosmik Stansiyaya çatdırıb. 241 gün ərzində ekspedisiya iştirakçıları Yer ətrafında 3 856 dövrə vurub və ümumilikdə 164 milyon kilometrdən çox məsafə qət ediblər.
Ekipajın fəaliyyəti yalnız stansiyanın daxilindəki işlərlə məhdudlaşmayıb. Sergey Kud-Sverçkov və Sergey Mikayev altı saatdan çox açıq kosmosda işləyərək "Zvezda" modulunda elmi avadanlıqlar quraşdırıblar. Kristofer Uilyams isə iki dəfə açıq kosmosa çıxaraq Beynəlxalq Kosmik Stansiyanın yeni günəş panellərinin quraşdırılmasına hazırlanmasında iştirak edib, həmçinin robot manipulyatorun təmirinə kömək göstərib.
Yerə qayıtmazdan əvvəl Sergey Kud-Sverçkov Beynəlxalq Kosmik Stansiyanın Rusiya seqmentinə rəhbərliyi Pyotr Dubrova təhvil verib. Dubrov iyulun 14-də Anna Kikina və Anil Menonla birlikdə "Soyuz MS-29" kosmik gəmisi ilə stansiyaya gəlib.
İlkin tibbi müayinədən sonra ekipaj helikopterlərlə Qaraqandaya aparılacaq. Daha sonra Kristofer Uilyams Hyustondakı Conson Kosmik Mərkəzinə, Sergey Kud-Sverçkov və Sergey Mikayev isə Ulduz Şəhərciyinə yola düşəcəklər.
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda



























.jpg)



