MDB
Rusiya Ermənistanın 39 mindən çox qızılgülünü məhv etdi
Saxta sənədlərlə Belarus ərazisindən keçməklə Ermənistandan Rusiyaya 39 mindən çox qızılgülün gətirilməsinin qarşısı alınıb.
Publika.az xəbər verir ki, bu barədə "Rosselxoznadzor" məlumat yayıb.
Məlumata görə, Rusiyaya gətirilməsi qadağan edilmiş 39,2 min çiçəyi daşıyan avtomobil Smolensk gömrüyündə saxlanılıb.
Belarus vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsi Minsk vilayətindən Moskvaya gedərkən yük bölməsinə baxış zamanı fitosanitar və malı müşayiət edən sənədləri olmayan çiçəklər aşkar edilib. Markalanma etiketlərinin qorunub saxlanılmış hissələrində onların Ermənistan mənşəli olduğu göstərilib.
"Rosselxoznadzor"un ərazi idarəsinin qərarı ilə qaçaqmalçılıq yolu ilə gətirilən qızılgül partiyası iyulun 23-də məhv edilib. Daşıyıcı inzibati məsuliyyətə cəlb olunub.
Xatırladaq ki, Ermənistandan Rusiyaya çiçək tədarükü, eləcə də onların Rusiya ərazisindən tranziti 2026-cı il mayın 22-dən qadağan edilib.
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı












.jpg)



.jpg)


.png)



.jpg)














