MDB
Yanukoviçin gizli həyatı ifşa oldu: saxta ad, milyonlar və ... - Bəs Sadıqova kimdir?
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin Rusiyanın Soçi şəhərində başqa ad altında yaşadığı, ailəsinin isə Rusiyada yüzlərlə hektar torpaq və onlarla daşınmaz əmlak əldə etdiyi iddia olunur.
Publika.az xəbər verir ki, bu barədə "Televideniye Toronto"nun araşdırmasında bildirilib.
Araşdırmaya görə, Yanukoviç Soçidəki malikanədə vətəndaş nikahında yaşadığı Lyubov Polejay ilə birlikdə məskunlaşıb. İddia edilir ki, o, "Oleq Nikolayeviç Leonov" adına tərtib olunmuş sənədlərdən istifadə edir.
Qeyd edilir ki, həmin şəxsin doğum tarixi Yanukoviçin doğum tarixi ilə üst-üstə düşür, "Leonov" isə sabiq prezidentin anasının qızlıq soyadı olub.
Məlumata görə, Yanukoviçin oğlu Aleksandr ailəsi ilə birlikdə "Sokolov" soyadından istifadə edir, Lyubov Polejay isə qızlıq soyadı olan Sadıqovaya keçib.
Araşdırmada iddia olunur ki, ailə Rusiyada yaşadığı illər ərzində yüzlərlə hektar kənd təsərrüfatı torpağı, çoxsaylı daşınmaz əmlak və milyonlarla dollar vəsait toplayıb.
Məlumata əsasən, Polejayın sosial şəbəkələrdə paylaşdığı fotolar Soçidə yerləşən "Blagodat" malikanəsinin görüntüləri ilə üst-üstə düşür. Təxminən üç hektar ərazini əhatə edən kompleksdə bir neçə yaşayış evi, istixanalar, bağ, ibadətgah və süni göl yerləşir.
Araşdırmada həmçinin bildirilir ki, Yanukoviç və ailəsinin mühafizəsini əvvəllər Ukraynanın Dövlət Mühafizə İdarəsində çalışmış, sonradan isə Rusiyanın Federal Mühafizə Xidmətinə (FSO) keçmiş əməkdaşlar həyata keçirirlər.
İddialara görə, Sadıqova 2015-2025-ci illərdə aylıq təxminən 50 min rubl maaşla aqrokompleksdə menecer kimi qeydiyyatda olsa da, bu iş formal xarakter daşıyıb. Bu müddətdə o, 337 hektar kənd təsərrüfatı torpağı əldə edib, həmin torpaqları yenidən aqrokompleksə icarəyə verərək dörd il ərzində 50 milyon rubldan çox gəlir qazanıb. Daşınmaz əmlak satışından isə əlavə 14 milyon rubla yaxın gəlir əldə etdiyi bildirilir.
Araşdırma müəlliflərinin iddiasına görə, hazırda Sadıqovanın adına ümumilikdə 370 hektardan çox torpaq, 2,4 min kvadratmetrdən artıq daşınmaz əmlak, o cümlədən beş mənzil, beş fərdi ev və digər obyektlər qeydiyyatdadır.
Bundan başqa, Yanukoviçin gəlininin Moskva yaxınlığındakı elit "Benilüks" qəsəbəsi də daxil olmaqla 27 min kvadratmetrdən çox daşınmaz əmlaka sahib olduğu bildirilir. Araşdırmada qeyd edilir ki, 2024-cü ildə onun bank hesablarında təxminən 3,5 milyon ABŞ dolları, oğlu Viktorun hesablarında isə 5 milyon ABŞ dollarına yaxın vəsait olub.
Müəllif: Adəm Abbaslı
-
Nida Xəbər 10:27TƏBİB-in İcraçı direktoru bu komissiyadan çıxarıldı
-
Sosial09:40Bakıda qız-gəlinləri oynadan dondurmaçı - Rəzalət, yoxsa əyləncə?
-
Hadisə09:20Barselona metrosunda yanğın: Xəsarət alanlar var - Video
-
Dünya09:00Dünya müharibəsi başlayır? - İkinci addım da atıldı, bundan sonra...
-
Qoroskop07:35Avqustda 4 bürcə pul gələcək
-
Magazin206:46Məşhur müğənni bazarda belə görüntüləndi: Hamam lifi satır - Foto
-
Avropa05:45Fransanın hərbi zavodlarında ard-arda partlayışlar ola bilər - Təhlükə böyüyür
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi









.jpg)











.jpg)
.jpg)






.webp)








