MDB
Unitaza atılan əşyalarla muzey açmaq olar: Bu şəhərdə kanalizasiyadan nələr çıxmayıb
Rusiyanın Kazan şəhərində kanalizasiya sisteminin təmizlənməsi zamanı heyrətamiz mənzərə ortaya çıxıb.
Publika.az xəbər verir ki, şəhərin "Vodokanal" müəssisəsi ilin əvvəlindən bəri kanalizasiya kollektorlarının yuyulması zamanı 1,5 min ton, yəni təxminən 100 orta tutumlu "KamAZ" yük maşınını dolduracaq qədər zibil çıxarıb.
Kazan meri İlsur Metşin bildirib ki, bəzən insanların unitaza nə atdıqlarını görəndə heyrətlənməmək mümkün olmur.
"Tam bir muzey yaratmaq olar. İnsanların bunların hamısını unitaza necə sığışdırıb axıda bildiyinə təəccüblənirsən", - deyə mer vurğulayıb.
"Vodokanal"ın məlumatına görə, kanalizasiyaya atılan tullantılar tez-tez tıxanmalara səbəb olur. Nəticədə qəza briqadaları gün ərzində 60 dəfəyədək hadisə yerinə getməli olur. Bu ilin əvvəlindən indiyədək şəhərdə 520 kanalizasiya qəzası aradan qaldırılıb.
İlsur Metşin qeyd edib ki, şəhər sakinləri su, istilik və digər kommunal xidmətlərin arxasında duran böyük əməyi çox vaxt görmürlər. O, vətəndaşları daha məsuliyyətli olmağa çağıraraq unitaza hər cür tullantının atılmamasını istəyib.
Qeyd edək ki, Kazan meri daha əvvəl də şəhərdə hər gün onlarla kanalizasiya tıxanmasının baş verdiyini bildirərək sakinlərin unitazdan düzgün istifadə etməməsini tənqid etmişdi. Hətta o, "insanlar süni intellektdən istifadə etməyi öyrəniblər, amma unitazdan istifadə hələ də çətin görünür" sözləri ilə diqqət çəkmişdi.
Adəm
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı












.jpg)



.jpg)


.png)



.jpg)














